Moldova Kiyevin Dnestryanı regionunda silahlı təxribat törətməyi planlaşdırması ilə bağlı Rusiyanın ittihamlarını təkzib edib.
Aktualtv.az xəbər verir ki, bu barədə Moldova hökumətinin Telegram kanalı vasitəsilə bəyanat yayılıb. Qeyd olunub ki, “Dövlət rəsmiləri Rusiya Müdafiə Nazirliyinin bu səhər yaydığı informasiyanı təsdiqləmir. Biz təmkinli olmağa çağırırıq və ictimaiyyəti Moldovanın rəsmi və etibarlı mənbələrini izləməyə dəvət edirik. Bizim qurumlarımız xarici tərəfdaşlarımızla əməkdaşlıq edir və ölkəyə qarşı istənilən təhdid durumunda ictimaiyyəti gecikmədən məlumatlandıracaqlar”, – bəyanatda bildirilib.
Qeyd edək ki, bu gün səhər Rusiya Müdafiə Nazirliyi Kiyevi Dnestryanıya qarşı silahlı təxribata hazırlaşmaqda ittiham edib.
Murad Həsənov / aktualtv.az