Ermənistan Baş naziri Nikol Paşinyan və BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
Aktualtv.az xəbər verir ki, erməni hökumətinin açıqladığı məlumata görə, tərəflər Qarabağda, xüsusən Laçın yolundakı son vəziyyəti, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması və digər məsələləri müzakirə ediblər.
Büllur Məmmədova / aktualtv.az