Mirzoyan Moskvada Lavrovla görüşəcək – Hansı məsələlər müzakirə olunacaq? – Özəl

Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 20-də Moskvada keçiriləcək görüşdə Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi məsələsini müzakirə edəcəklər.

Aktualtv.az xəbər verir ki, bunu Ermənistan XİN rəhbərinin müavini Paruyr Hovhannisyan parlamentdə çıxışı zamanı deyib.

“Hamımız bilirik ki, Rusiya Avropa İttifaqı missiyasına həssas yanaşır və biz bu məsələni tərəfdaşlarımızla müzakirə edirik. Yaxın günlərdə xarici işlər nazirinin Moskvaya səfəri planlaşdırılır. Avropa İttifaqı missiyasına dair məsələlər gündəmdə olacaq”, – Hovhannisyan qeyd edib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]