Bayden silah satışını qadağan etmək istəyir – Özəl

ABŞ prezidenti Co Baydenin administrasiyası ölkə vətəndaşlarına hücum silahlarının satışını qadağan etmək niyyətindədir.

Aktualtv.az xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter” səhifəsində yazıb. Bayden xatırladıb ki, o, silahların qeyri-qanuni dövriyyəsinin qarşısını almaq və onları satanları məsuliyyətə cəlb etmək üçün addımlar atıb.

“Bu irəliləyişi davam etdirməyin vaxtıdır. Hücum silahlarını qadağan etməyin vaxtıdır”, – Bayden yazıb.

Xatırladaq ki, ABŞ prezidenti şəxsi odlu silahdan istifadə ilə zorakılığın azaldılması üzrə tədbirlərin sürətləndirilməsi barədə göstəriş verib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]