Deputatlar Prezident Aparatına doğru yürüş etdilər – Özəl

Fransa millət vəkilləri mübahisəli pensiya islahatından imtina edilməsini tələb etmək üçün Prezident aparatına, Yelisey Sarayına gediblər.

Aktualtv.az xəbər verir ki, Fransa Kommunist Partiyasının (PCF) baş katibi və deputat Fabien Russel də daxil olmaqla deputatlar Yelisey sarayına doğru yürüş ediblər. Deputatlar prezident Emmanuel Makronun pensiya islahatlarını geri götürməsini tələb edən məktubu Fransa Prezidentinin Nazirlər Kabinetinin direktoru Patrik Strzodaya veriblər. Russel daha sonra millət vəkilləri Strzoda ilə görüş zamanı ölkədə artan zorakılıq və “demokratiyanın olmaması” ilə bağlı narahatlıqlarını ifadə etdiklərini bildirib.

Qeyd edək ki, hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinin səsvermə olmadan qəbul edilməsindən sonra 16 martdan bu günə kimi Fransada nümayişlər davam edir.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]