İran məktəblərində zəhərlənmə halları yenə artıb – Özəl

Qumda Saləmat qızlar məktəbində 7 qız şagird zəhərlənib.

Aktualtv.az xəbər verir ki, şagirdlərdə baş ağrısı, başgicəllənmə, tənəffüs çətinliyi və ürəkbulanma kimi əlamətlər olub. Şagirdlər məktəbdən yanmış rezin qoxusunun gəldiyini bildiriblər. Qeyd edək ki, İranda Novruz bayramı tətilinin bitməsindən sonra məktəblərdə dərslərin başlaması ilə kütləvi zəhərlənmə halları yenidən qeydə alınmağa başlayıb. Məlumata görə, ötən gün Təbrizdə 20, İsfahanda isə 8 qız şagird xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, 2022-ci il noyabrın 30-dan İranda əsasən qız tələbələrin təhsil aldığı məktəblərdə kütləvi zəhərlənmə halları baş verib. İndiyədək 238 məktəbdə 5 mindən çox şagird zəhərlənib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]