Rusiya və Fransa arasında gərginlik – Özəl

Fransanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Aktualtv.az “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, səbəb Fransa səfirliyinin Buça hadisələrinin ildönümündə Rusiya silahlı qüvvələrini vəhşilikdə ittiham edən bəyanatıdır. Nazirlik Fransanın bu addımına etirazını ölkənin təmsilçisinə bildirib.

Həmçinin Nazirlik öz saytında bildirib ki, Cey Dharmadhikari Rusiya hərbçilərinə qarşı “əsassız, saxta ittihamların qəti şəkildə qəbuledilməzliyi” barədə məlumatlandırılıb. İddiaları əsassız adlandıran Nazirlik vurğulayıb ki, Buçadakı qətliamla bağlı öldürülənlərin adları, ölüm şəraiti və tarixlərinin siyahısını, məhkəmə-tibb ekspertizanın rəyini göndərmişik.

Eyni zamanda xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi Antonio Quterreşdən Buça hadisələri ilə bağlı araşdırmaya başlamağı xahiş edib, lakin heç bir cavab ala bilməyib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]