Pentaqon rəhbəri İsveçə gedəcək – NATO-nun genişlənməsi – Özəl

Pentaqon rəhbəri Lloyd Ostin NATO-ya üzvlüyü müzakirə etmək üçün bu ay İsveçə gedəcək.

Aktualtv.az xəbər verir ki, Ostin həmçinin Finlandiyanı Şimali Atlantika Alyansına qoşulması münasibətilə təbrik edib və NATO-nun alyansa üzv olan ölkələrin hər qarış ərazisini qorumaq üçün gördüyü işin vacibliyini vurğulayıb. Pentaqon rəhbərinin sözlərinə görə, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı NATO-nun genişlənməsinin nəticəsi deyil, NATO-nun genişlənməsinin səbəbidir.

Ankaralı nümayəndələr isə İsveçin NATO-ya üzvlüyü ilə bağlı müzakirələri davam etdirmək üçün iyunda Stokholmdan olan həmkarları ilə görüşməyi planlaşdırır. Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalının sözlərinə görə, İsveç Türkiyənin Alyansa üzvlüyünü ratifikasiya etmək üçün tələbləri hələ tam yerinə yetirməyib və Ankara bunu Stokholma dəfələrlə bəyan edib. Kalın, İsveçdə iyundan yeni antiterror qanununun qüvvəyə minəcəyini və bunun Türkiyənin tələblərinin qarşılanmasında irəliləyiş olacağını bildirib.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]