Rusiyanın ABŞ-dəki səfiri Dövlət Departamentinə çağırıldı – Özəl

Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov Dövlət Departamentinə çağırılıb və “The Wall Street” qəzetinin müxbirinin həbsi ilə əlaqədar ona etiraz bildirilib.

Aktualtv.az xəbər verir ki, səfir Anatoli Antonovun nəzərinə çatdırılıb ki, müxbir Rusiyanın hərbi sənaye kompleksi barədə məxfi məlumatlar toplayaraq ABŞ-nin xüsusi xidmət orqanlarına ötürürmüş. ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland isə səfirə bildirib ki, ABŞ vətəndaşı olan jurnalist qeyd-şərtsiz azad olunmalıdır. Rusiya səfiri ABŞ-nin etirazını öz hökumətinə çatdıracağını bildirib.

Xatırladaq ki, qəzetin Rusiya bürosunun müxbiri Evon Qerşkoviç Yekaterinburq şəhərində xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən həbs edilib və casusluqda ittiham olunub.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]