Fransada etirazçılarla polis arasında toqquşma yaşanıb – Özəl

Fransada pensiya islahatı əleyhinə etiraz nümayişləri və tətillər davam edir. Həmkarlar İttifaqları Konstitusiya Şurasının qərarından sonra yenidən davamlı nümayiş və tətillərə çağırış olunub.

Aktualtv.az xəbər verir ki, həmkarlar ittifaqlarının məlumatına görə, 11-ci etiraz aksiyalarında iki milyon fransız iştirak edib. Təkcə Parisdə etirazçıların sayı 400 min nəfər olub. Parisdə Prezident Emmanuel Makronun daim getdiyi restoranının yaxınlığında nümayişçilərlə polis arasında toqquşma baş verib. Digər şəhərlərdə də polis nümayişçilərə qarşı zorakılığa əl atıb. Həmkarlar ittifaqları aprelin 13-də yeni tətil və nümayişlərə çağırış edib.

Qeyd edək ki, Fransanın həmkarlar ittifaqı liderləri 11-ci ümummilli tətil və etiraz aksiyalarından bir gün əvvəl baş nazir Elizabet Born ilə görüşüblər. Lakin tərəflər pensiya yaşının 62-dən 64-ə qaldırılmasına dair mübahisəli məsələdə kompromis tapa bilməyiblər.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]