İran və Suriya İsrailə qarşı – Özəl

Suriya prezidenti Bəşər Əsəd və İranlı həmkarı İbrahim Rəisi İsrailin Qüdsdəki Əl-Əqsa məscidi ətrafında hərəkətlərini pisləyiblər.

Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Suriya prezidentinin ofisindən məlumat verilib. Əsəd və Rəisi vurğulayıblar ki, bu hücumlar İsrailin təcavüzkar siyasətini əks etdirir. Prezidentlər bir daha təsdiq ediblər ki, regionda sabitlik ölkələr arasında dialoqa, suverenliyə hörmətə və ümumi maraqlara əsaslanan sağlam münasibətlərə söykənir. Prezidentlər düşünürlər ki, birqütblü dünya nizamı öz suverenliyini və ləyaqətini müdafiə edən xalqların və ölkələrin sayıqlığı sayəsində keçmişə çevrilir.

Qeyd edək ki, Livanın Al Mayadeen telekanalının verdiyi məlumata görə, Əl-Əqsa məscidinə basqında 400-dən çox adam saxlanılıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]