Ermənistanın keçmiş müdafiə naziri barədə ittiham irəli sürülüb – Özəl

Ermənistanın keçmiş müdafiə naziri, hazırda parlamentdəki müxalif “Ermənistan” fraksiyasının başçısı Seyran Ohanyan və daha 12 nəfər barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Aktualtv.az xəbər verir ki, haqlarında cinayət işi başlanılan 12 nəfərdən Ohanyan da daxil olmaqla 9 şəxsə qarşı ittiham irəli sürülüb.

Xatırladaq ki, Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. O, külli miqdarda dövlət əmlakının mənimsəmkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, israfçılıq yolu ilə xüsusilə külli miqdarda əmlak mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, Ohanyan Rusiyanın 366-cı motoatıcı alayı tərkibində Xocalı soyqırmını törətəməkdə iştirak edib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]