Fransada gərgin vəziyyət davam edir – Baş nazir səfərini təxirə saldı – Özəl

Fransanın Baş naziri Elizabet Born pensiya islahatı ətrafında yaranmış vəziyyətlə əlaqədar aprelin 19-na planlaşdırılan Kanada səfərini təxirə salmaq qərarına gəlib.

Aktualtv.az xəbər verir ki, “Le Figaro” qəzetinin yaydığı məlumata görə, səfərin gələn ay baş tutacağı gözlənilir. Born, pensiya islahatının ölkənin əsas qanunlarına uyğunluğu ilə bağlı qərar qəbul etməli olan Konstitusiya Şurasının son sözünü gözləyir.

Konstitusiya Şurası qərarını aprelin 14-də açıqlayacaq. Bundan sonra Baş nazir Fransa prezidenti Emmanuel Makronla görüşməlidir.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]