On minlərlə tibb işçisi tətilə başladı – Özəl

İngiltərədə on minlərlə tibb işçisi dörd günlük tətilə başlayıb.

Aktualtv.az xəbər verir ki, Böyük Britaniyanın tibb assosiasiyası tərəfindən təşkil olunan tətillərdə ümumilikdə 47,6 min səhiyyə işçisi iştirak edəcək ki, bu da ölkədəki tibbi personalının 40 faizdən çoxu deməkdir. Onlar əməkhaqqlarının 35 faiz artırılmasını tələb edir. Səhiyyə xidmətinin məlumatına görə, tətillər İngiltərədə 350 mindən çox qəbulun və əməliyyatların ləğvinə səbəb ola bilər. Vəziyyət pasxa tətilləri səbəbindən daha da ağırlaşır.

Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə, Böyük Britaniyada inflyasiya 10,5 faiz təşkil edib. Yaşayış xərclərinin bahalaşması və real gəlirlərin aşağı düşməsi ilə bağlı ötən ilin sonlarından ölkəni tətillər dalğası bürüyüb. Tətillərdə tibb işçilərindən başqa, dəmiryolçular, avtobus sürücüləri, sərhədçilər, poçtalyonlar, müəllimlər və digər peşələrin nümayəndələri də iştirak edir.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]