Ukrayna ruslara dənizdə sürpriz hazırlayır – Özəl

Ukrayna Qara dənizdə Rusiya donanmasına “Moskva” kreyserinin batmasına bənzər yeni hücum hazırlayır.

Aktualtv.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov brifinqdə deyib. “Düşmənimizə hələ də məlum olmayan bəzi detallar var. Bu da o deməkdir ki, biz onlara dənizdə gəmiləri ilə bağlı daha bir sürpriz təqdim edə bilərik. Biz bu hekayəni təkrarlamaq üçün sadəcə uyğun anı gözləyirik”-deyə, müdafiə naziri bildirib.

Reznikov qeyd edib ki, donanma rəhbərliyinin tələbi ilə “Moskva” kreyserinin batmasının təfərrüatlarını açıqlamayacaq.”Mən həqiqətən bildiyim təfərrüatları bölüşmək istəyirəm, lakin Ukrayna donanmasının komandiri ilə bu barədə razılaşmışıq. İndi bütün təfərrüatları açıqlaya bilmərik”, – deyə nazir vurğulayıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]