İran “humanitar yardım” adı altında silah daşıyıb – TƏFƏRRÜFATLAR – Özəl

İran Suriyada zəlzələdən zərərçəkənlərə “humanitar yardım” adı altında silah və hərbi texnika çatdırmaq üçün yük təyyarələrindən istifadə edib.

Aktualtv.az xəbər verir ki, “Reuters” agentliyi bu məlumatı Suriya, İran, İsrail və Qərb mənbələrinə istinadən yayıb. Bildirilib ki, 2023-cü il fevralın 6-7-də Türkiyənin cənubunda və Suriyanın şimalında onminlərlə insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra yeddi həftə ərzində İrandan Hələb, Dəməşq və Latakiya hava limanlarına yüzlərlə uçuş həyata keçirilib.

Məlumata görə, humanitar yüklərlə yanaşı İran bu uçuşlar vasitəsi ilə Suriyaya rabitə avadanlıqları, radarlar, hava hücumundan müdafiə sistemlərinin hissələrini də daşıyıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]