Pentaqon bilərək yalan məlumat yayır? – AÇIQLAMA – Özəl

Pentaqonun məxfi sənədlərinin sızdırılması feyk ola bilər.

Aktualtv.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. Onun sözlərinə görə, ABŞ-də sənədlərin sızması saxta, məqsədli şəkildə ortalığa atılmış ola bilər. “Moskvanın Pentaqonun sənədlərinin sızması məsələsində mövqeyi yoxdur, lakin bunun Rusiyanı çaşdırmaq üçün ortalığa atılması da istisna edilmir”-deyə, Rusiya Xarici işlər nazirinin müavini vurğulayıb.

Qeyd edək ki, Pentaqonun məxfi qrifli sənədləri informasiya məkanına sızdırılıb. Həmin sənədlərdə Qərb ölkələrinin Ukraynaya hərbi yardımı, ABŞ, Böyük Britaniya daxil olmaqla bir sıra NATO ölkələrinin xüsusi təyinatlı qüvvələrinin Ukraynada Rusiya ordusuna qarşı döyüşdüyünə dair məlumatlar öz əksini tapıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]