Rusiya ballistik raket atdı – Putinin yeni gizli silahı – Özəl

Rusiyanın Strateji Təyinatlı Raket Qüvvələri qitələrarası ballistik raketi sınaqdan keçirib. Buraxılış Həştərxan vilayətindəki Kapustin Yar poliqonundan həyata keçirilib.

Aktualtv.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Həştərxan vilayətindən atılan təlim döyüş başlığı Qazaxıstanın Sarı-Naqan poliqonunda hədəfə düşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, sınaq tapşırıqları tam yerinə yetirilib.

Qurum qeyd edib ki, buraxılış yeni strateji komplekslərin işlənib hazırlanmasında istifadə olunan “sxem dizaynının və texniki həllərin düzgünlüyünü” təsdiqləməyə imkan verib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]