ABŞ Ermənistana xəbərdarlıq etdi – Özəl

ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib.

Aktualtv.az xəbər verir ki, söhbət Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yan keçmək cəhdindən gedir. Belə ki, ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanata əsasən, Amerikanın maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan ilə görüşüb. Onlar Ermənistandakı son iqtisadi hadisələri müzakirə ediblər. Adeyemo həmçinin ABŞ-nin Rusiyaya qarşı sanksiyaları və ixrac nəzarətindən yayınmasının qarşısını almaq üçün Birləşmiş Ştatların qlobal səylərinə diqqət çəkib.

Qeyd edək ki, ABŞ Ermənistan şirkətlərinə qarşı ixrac məhdudiyyətləri tətbiq etmişdi. Məhdudiyyətlər Rusiya hərbi-sənaye kompleksini dəstəkləmək üçün ixrac nəzarətindən yan keçməklə ABŞ istehsalı məhsulların alınması cəhdləri ilə əsaslandırılıb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]