Dövlətlər buna reaksiya verməlidirlər – İlin ilk 3 ayında 441 ölü – Özəl

2023-cü ilin ilk üç ayında 441 miqrant Aralıq dənizi sularında həlak olub.

Aktualtv.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Təşkilat qeyd edir ki, bu, 2017-ci ildən bəri miqrantlar arasında ən yüksək ölüm sayıdır. Təşkilatın baş direktoru Antonio Vitorino bildirib ki, son doqquz il ərzində Aralıq dənizi sularında həlak olan miqrantların sayı 20 mindən çoxdur.

“Qorxuram ki, bu rəqəmlər artıq normaya çevrilib. Dövlətlər buna reaksiya verməlidirlər”, – o deyib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]