Daha bir Avropa ölkəsində etiraz aksiyaları başlayıb – Özəl

Praqanın mərkəzindəki Vatslav meydanında minlərlə insan hökumət əleyhinə nümayişə toplaşıb.

Aktualtv.az xəbər verir ki, “Çexiya yoxsulluğa qarşı” şüarı altında keçirilən mitinqi “Hüquq. Hörmət. Peşəkarlıq” partiyası təşkil edib. Məlumata görə, nümayişçilərin bir qismi respublikanın ucqar rayonlarından gəlib. Tədbirdə iqtisadiyyat, hüquq və xarici siyasət sahəsində ekspertlər, digər müxalifət partiyalarının nümayəndələri də iştirak ediblər.

“Biz Çexiyanı müdafiə etmək üçün buradayıq”, – deyə partiya sədri İndrij Rayx bəyan edib. Siyasətçi poçtla səsvermənin tətbiqinə və eynicinsli nikahlar haqqında qanunun qəbuluna qarşı çıxıb. Onun fikrincə, nümayiş “iqtisadi və mənəvi yoxsulluğa” qarşı etiraz aksiyasıdır.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]