ABŞ-dən Rusiyaya qarşı qətnamə – Qara dəniz problemi – Özəl

ABŞ Konqresinin Nümayəndələr Palatası “MQ-9 Reaper” pilotsuz uçuş aparatının Qara dənizə düşməsi ilə bağlı Rusiyaya qarşı olan qətnaməni təsdiqləyib.

Aktualtv.az xəbər verir ki, qətnamə yekdilliklə qəbul edilib. 410 konqresmen onun lehinə səs verib. Qətnamənin mətnində Rusiya hərbçilərinə aid edilən “ehtiyatsız hərəkətlər” pislənilir və Birləşmiş Ştatların Qara dənizin beynəlxalq hava məkanında öz PUA-larının istifadəsindən imtina etmək niyyətində olmadığı vurğulanır.

Qeyd edək ki, ötən ay Rusiya qırıcı təyyarəsi Qara dəniz üzərində ABŞ-ə məxsus dronla toqquşub. Bildirilib ki, Rusiyaya məxsus iki qırıcı təyyarə beynəlxalq hava məkanında gündəlik missiyasında olan ABŞ dronunun qarşısını kəsməyə çalışıb. ABŞ-nin Avropa komandanlığının məlumatında bildirilib ki, “rusların təhlükəli və qeyri-peşəkar davranışları” dronla qırıcı təyyarələrdən birinin toqquşmasına səbəb olub.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]