Avropa İttifaqının səfirinə HÜCUM – Özəl

Avropa İttifaqının Sudandakı səfiri Xartumdakı evində hücuma məruz qalıb.

Aktualtv.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə birliyin baş diplomatı Cosep Borrel bildirib. Səfirin vəziyyətinin yaxşı olduğunu deyən Cosep Borrel, öhdəliklərini də xatırladıb. Onun tvitterdəki postuna görə, diplomatik binaların və işçilərin təhlükəsizliyi Sudan hakimiyyətinin əsas məsuliyyətidir.

Borrell deyib ki, hücum Birləşmiş Millətlər Təşkilatının digər ölkələrdə çalışan diplomatların müdafiəsini nəzərdə tutan “Vyana Konvensiyasının” kobud şəkildə pozulmasıdır. Qeyd edək ki, İttifaqın Sudandakı səfiri Aidan Oharadır.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]