Ermənistanda polkovnik həbs olundu – 44 günlük müharibə zamanı… – Özəl

44 günlük müharibə zamanı özünü xəstəliyə vuraraq döyüşdə iştirakdan yayınmış Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirinin müavini polkovnik həbs edilib.

Aktualtv.az xəbər verir ki, bu barədə Ermənistan Hərbi İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, Hərbi İstintaq İdarəsinin baş hərbi istintaq şöbəsi tərəfindən aparılan ibtidai istintaq və genişmiqyaslı istintaq-əməliyyat tədbirləri nəticəsində faktlar əldə edilib. Həmin faktlara əsasən, N saylı hərbi hissənin komandir müavini 2020-ci il oktyabrın 10-dan noyabrın 3-dək xəstəlik bəhanəsi ilə döyüşə getməkdən yayınıb.

Məlumata görə, polkovnik stasionar müalicə tələb olunmadığı halda 23 gün tibb müəssisəsində yataraq xidməti vəzifələrini yerinə yetirməkdən müvəqqəti olaraq kənarlaşdırılıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]