Fransızlar Makronu istəmir – Xalqa müraciəti etirazları alovlandırdı – Özəl

Fransa Prezidenti Emmanuel Makronun bazar ertəsi xalqa televiziya ilə müraciətindən sonra ölkənin bir sıra şəhərlərində etirazlar başlayıb.

Aktualtv.az xəbər verir ki, paytaxt prefekturasının məlumatına görə, Parisdə 2 minə yaxın etirazçı küçələrə çıxıb. Renndə Prezidentin bələdiyyə binası qarşısında çıxışı zamanı 700 nəfər etirazını ifadə edib. Lionda 600-ə yaxın insan meriyanın qarşısına toplaşıb, bir neçə yüz etirazçı Marsel şəhər meriyasına gedib. Nantda da 800-dən çox nümayişçi Makrona narazılığını bildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində pensiya islahatı haqqında qanunun 2023-cü ilin payızında qüvvəyə minəcəyini deyib. Makron islahatın cəmiyyət tərəfindən aydın şəkildə qəbul edilmədiyini də bildirib və bununla bağlı konsensusun tapılmamasını təəssüfləndirici hal kimi dəyərləndirib. Qeyd edək ki, islahat pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]