“Müharibədə Rusiyaya kömək edənlər əvəzini ağır ödəyəcəklər” – Özəl

“Ukraynaya qarşı müharibədə Rusiyaya kömək edənlər bunun əvəzini ağır ödəyəcəklər”. G7 xarici işlər nazirləri bununla bağlı xəbərdarlıq ediblər.

Aktualtv.az xəbər verir ki, bu barədə Yaponiyanın Karuidzava şəhərində keçirilən görüşün yekunlarında deyilir. İki gün davam edən danışıqlardan sonra dünyanın yeddi ölkəsindən olan diplomatlar bəyan ediblər ki, Rusiyaya sanksiyalardan yayınmağa kömək edənlər və silah dəstəyi göstərənlər bunun nəticəsini görəcəklər.

“Biz üçüncü tərəflərə Rusiyaya müharibədə dəstəyi dayandırmaq barədə çağırışımızı təsdiq edirik. Ya da onlar bunun əvəzini ödəməlidirlər. Biz üçüncü tərəflərin Rusiyaya silah ötürməsinin qarşısını almaq və buna cavab reaksiyası vermək üçün koordinasiyamızı gücləndirəcəyik. Həmçinin Rusiyanı maddi cəhətdən dəstəkləyənlərə qarşı da tədbirlər görməyə davam edəcəyik”, – deyə məlumatda qeyd olunub.

Nazirlər əlavə ediblər ki, Rusiyanın məsuliyyətsiz nüvə ritorikası və Belarusda nüvə silahı yerləşdirmək vədi qəbuledilməzdir.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]