ABŞ BMT Təhlükəsizlik Şurasındakı nümayəndə heyətinin işini işıqlandırmaq üçün rusiyalı jurnalistlərə viza verməyə borcludur.
Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, Vaşinqton BMT Təhlükəsizlik Şurasındakı Rusiya nümayəndə heyətinin işini işıqlandırmaq üçün rusiyalı jurnalistlərə viza verməyə borcludur.
“Onlar Rusiyadan olan jurnalistlərə viza verməyə borcludurlar, çünki jurnalistlər ora Amerika seçkilərini, Amerikadakı həyatı işıqlandırmaq üçün getmirlər. Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edir və orada nümayəndə heyəti yaradılır. Jurnalistlər məhz onun işini işıqlandırmaq üçün bu nümayəndə heyətinin bir hissəsidirlər”-deyə, Zaxarova Sputnik radiosuna bildirib.
Murad Həsənov / aktualtv.az