Macarıstandan Ukraynaya QADAĞA – Siyahı genişlənib – Özəl

Macarıstan Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına müvəqqəti qadağanın siyahısını genişləndirib.

Aktualtv.az xəbər verir ki, məhdudiyyət tətbiq olunan ərzaq siyahısına bal, şərab, çörək, şəkər və müxtəlif ət-tərəvəz məhsulları da daxil edilib. Macarıstan hökuməti hesab edir ki, ucuz Ukrayna məhsulları Avropa İttifaqı ölkələrinin daxili bazarına ziyan vurur. İdxal qadağası iyunun sonuna qədər qüvvədədir. Məhdudiyyət Macarıstan vasitəsilə digər ölkələrə daşınan məhsullara şamil edilmir.

Xatırladaq ki, son günlər Polşa, Macarıstan və Slovakiya Ukrayna taxılının idxalına qadağa qoyub. Bolqarıstanın da bu gün oxşar idxal qadağasını elan edəcəyi gözlənilir. Polşa aprelin 18-də elan edib ki, yenidən Ukrayna taxılının ölkə vasitəsilə daşınmasına icazə verəcək.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]