Britaniyanın müdafiə naziri Ben Uolles hesab edir ki, Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək.
Aktualtv.az xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti yazıb. Nəşr qeyd edib ki, Uolles Vaşinqtonda jurnalistlərə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılmış əks-hücum əməliyyatına başlayacağına əminliyini ifadə edib:
“Mən optimistəm ki, bu il və ya gələn il Ukrayna bu istiqamətdə səylərini davam etdirəcək”.
O qeyd edib ki realist olmaq lazımdır və Rusiya sehrlə dağılmayacaq.
Səbinə Kərimova / aktualtv.az