“Avropalı əsgərlər Ukraynaya ayaq basmayacaq” – AÇIQLAMA – Özəl

Heç bir avropalı əsgər Ukrayna ərazisinə ayaq basmayacaq.

Aktualtv.az xəbər verir ki, bunu Almaniya Bundestaqının müdafiə məsələləri üzrə komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Zimmerman (Marie-Agnes Strack-Zimmermann) deyib. Komitə rəhbərinin sözlərinə görə, Kiyevə Qərb istehsalı olan “Tornado” və “Eurofighter” qırıcı təyyarələri də verilməyəcək. Buna səbəb kimi, ukraynalı pilotların bu təyyarələri idarə etmək təcrübəsini qısa zamanda əldə edə bilməmələri göstərilib.

Bununla belə, Ştrak-Zimmerman qeyd edib ki, MiQ-29 təyyarələrinin Ukraynaya verilməsi məsələsində vəziyyət tamamilə fərqlidir:

“Bu təyyarələr sovet dövründə yaranan ordu ehtiyatlarından olan qırıcılardır və tez bir zamanda Ukraynaya tədarük edilə bilər”.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]