Bu ölkə müharibəyə daxil olur – Rusiyadan bəyanat – Özəl

Kremlin sözçüsü Dmitri Peskov Cənubi Koreya prezidenti Yoon Suk Yeolun Ukraynaya daha çox dəstək verə biləcəklərinə dair açıqlamasını tənqid edib.

Aktualtv.az xəbər verir ki, Peskov Cənubi Koreyanın Ukrayna müharibəsi başlayandan bəri onlara qarşı düşmənçilik etdiyini bildirib:

“Sanksiyalarla bağlı yeni bir şey yoxdur. Cənubi Koreya bu mövzuda düşmən mövqe sərgiləyib. Təəssüf ki, Seul bütün dövr ərzində düşmənçilik edib. Bu ölkə getdikcə daha çox münaqişənin içinə daxil olur”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı müharibə səbəbindən Cənubi Koreya Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Ölkə prezidenti Yoon Suk Yeol Rusiyanın Ukraynada mülki şəxslərə hücumlarını davam etdirəcəyi təqdirdə Ukraynaya dəstəyi artıracaqlarını ifadə edib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]