Hindistan bu ilin ortalarına qədər təxminən 3 milyondan çox insanla dünyanın ən sıx məskunlaşdığı ölkə kimi Çini ötməyə hazırlaşır.
Aktualtv.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatı açıqlayıb. BMT-nin Əhali Fondunun 2023-cü il üçün “Dünya Əhalisinin Vəziyyəti Hesabatı”na görə, ilin ortalarına qədər Hindistan əhalisinin sayı Çini ötəcək. İki ölkə arasında fərq 2,9 milyona bərabər olacaq.
Təşkilatın rəsmiləri bildiriblər ki, Çin və Hindistandan gələn məlumatlarla bağlı “qeyri-müəyyənlik” səbəbindən bu dəyişikliyin dəqiq tarixini müəyyən etmək mümkün deyil. Hindistanda son siyahıyaalma 2011-ci ildə olub və ən sonuncusu, 2021-ci ildə planlaşdırılıb. Bu da Covid-19 pandemiyası zamanı təxirə salınıb.
Büllur Məmmədova / aktualtv.az