NASA Kiyev səmasındakı parıltı ilə bağlı açıqlama verib.
Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, NASA-nın təmsilçisi Robert Marqetta Kiyev rəhbərliyinin şəhərin üzərində baş vermiş hadisə ilə bağlı sualın cavabında, NASA-nın peyklərinin, o cümlədən RHESSI aparatının çərşənbə günü Yerin atmosferinə daxil olmadığını deyib:
“NASA-nın RHESSI aparatı orbitdə qalmağa davam edir, onun atmosferə daxil olması vaxtı yaxınlaşır. NASA və Müdafiə Nazirliyi onu izləməyə davam edirlər. NASA-nın digər peykləri də həmin gün orbitdən çıxaraq atmosferə daxil olmayıb”.
Qeyd edək ki, şahidlərin verdiyi xəbərə görə, Kiyev səmasında 3 ədəd işıq parlaması müşahidə edilib. Ardından Kiyev Şəhər administrasiyasının rəisi Sergey Popko bunun NASA peykinin atmosferə daxil olması ilə bağlı ola biləcəyini söyləmişdi.
Büllur Məmmədova / aktualtv.az