Macarıstan və Serbiya iyun ayında Drujba boru kəmərindən Rusiya neftinin Macarıstan ərazisindən keçərək serb istehlakçılarına nəql ediləcəyi neft kəmərinin tikintisinə dair saziş imzalamağı planlaşdırır.
Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Sijarto Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Neqre ilə Budapeştdə danışıqlardan sonra bildirib. Onun sözlərinə görə, neft kəməri Macarıstanın Aldio şəhəri ilə Serbiyanın Novi Sad şəhəri arasında çəkiləcək.
“MOL və Transnafta (TASS) arasında bu layihə ilə bağlı danışıqlar davam edir. Bununla bağlı saziş iyun ayına planlaşdırılan Serbiya-Macarıstan sammitində imzalana bilər”-deyə, Szijarto serb həmkarı ilə birgə mətbuat konfransında deyib.
Murad Həsənov / aktualtv.az