Rusiyanın xarici işlər naziri Sergey Lavrov növbəti həftə Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreş ilə Qara dəniz vasitəsilə taxıl ixracı sazişini müzakirə edəcək.
Aktualtv.az xəbər verir ki, Rusiyanın BMT-dəki səfiri Vasili Nebenziya bildirib ki, müqavilənin müddətinin uzadılması ilə bağlı Moskvanın ilkin şərti Rusiyanın öz ixracı ilə bağlı tələblərinin yerinə yetirilməsidir. Səfirin sözlərinə görə, Lavrov və onun nümayəndə heyətinin əksəriyyəti Nyu-Yorka getmək üçün vizalarını alıb.
Rusiya nümayəndəsi Ukraynanın Qara dəniz limanlarından taxıl və gübrələrin müharibə zamanı təhlükəsiz ixracına imkan verən sazişdə irəliləyiş görmədiklərini bildirib.
Etibar Məmmədov / aktualtv.az