Türkiyə Sudanda döyüşən tərəflərlə atəşkəs üçün danışıqlar aparır.
Aktualtv.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama yayıb. Nazirin sözlərinə görə, ölkəsinə qayıtmaq istəyən Türkiyə vətəndaşları bu gün hava məkanı açıldıqdan sonra Sudandan çıxarılacaq. Çavuşoğlu deyib ki, Avropa ölkələri də daxil olmaqla, bir çox ölkə vətəndaşlarının Sudandan çıxarılması üçün Türkiyədən kömək istəyib.
Xatırladaq ki, 5 gündür davam edən döyüşlər nəticəsində ən az 270 nəfər ölüb, 2600 nəfər yaralanıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Büllur Məmmədova / aktualtv.az