ABŞ Dövlət Departamenti Ermənistanın Rusiyanın sanksiyalardan yan keçməsində mümkün iştirakına münasibət bildirib.
Aktualtv.az xəbər verir ki, Dövlət Departamentindən qeyd edilib ki, Rusiyanın 2014-cü ildə Ukraynaya əsassız və qeyri-qanuni təcavüzündən sonra ABŞ, müttəfiqləri ilə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bildirilib ki, Cənubi Qafqazdakı ölkələr də daxil olmaqla bir çox hökumətlər beynəlxalq sanksiyalara və ixrac nəzarətinə riayət etməyi öhdələrinə götürüblər.
ABŞ Dövlət Departamenti Rusiyaya qarşı məhdudiyyətlərə əməl olunmasını təmin etmək üçün həmin hökumətlər, özəl şirkətlər və maliyyə institutları ilə işləyir.
Etibar Məmmədov / aktualtv.az