Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.
Buna səbəb isə Dövlət Dumasının deputatı Oleq Matveyçevin Ermənistanın “RusArmİnfo” Kütləvi İnformasiya Vasitəsinə söylədiyi fikirlər göstərilir.
Səfirlik qeyd edib ki, Rusiyanın hakim partiyasının nümayəndəsinin bu cür bəyanatlarının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanla münasibətlərinin normallaşması üçün səylər göstərən Rusiyanın vasitəçiliyinə kölgə salır:
“Deputatın fikirləri qəbuledilməzdir, çünki onlar regionda sabitliyi pozmaq və erməni cəmiyyətində revanşist qüvvələri artıq keçmişdə qalan münaqişəni canlandırmaq üçün qızışdırmaq məqsədi daşıyır.”
Büllur Məmmədova / aktualtv.az