Fransa Prezidenti Emmanuel Makronun reytinqi rekord həddə düşüb.
Aktualtv.az xəbər verir ki, bu barədə məlumat yerli sorğunun nəticələrində qeyd edilib. Sorğuda iştirak edən fransızların yalnız 26%-i Makron haqqında müsbət fikir bildirib.
Fransa Prezidentinin reytinqinin belə kəskin surətdə aşağı düşməsi ölkədəki pensiya islahatları fonunda baş verən kütləvi etirazlarla əlaqələndirilir.
Səbinə Kərimova / aktualtv.az