Rusiyanın muzdlu qruplaşması “Vaqner” Sudanın Çevik Dəstək Qüvvələrinə ölkə ordusuna qarşı mübarizədə kömək etmək üçün raketlər verir.
Aktualtv.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə Sudan və regional diplomatik mənbələrə istinad edilib. Vaqnerin dəstəklədiyi general Xəlifə Haftarın torpaq sahələrinə nəzarət etdiyi Liviya ilə həmsərhəddə peyk görüntüləri də bu iddiaları dəstəkləyir.
Xatırladaq ki, döyüşlər yüzlərlə insanın həyatına son qoyub, milyonlarla insanı işıq, su və qidadan məhrum edib.
Büllur Məmmədova / aktualtv.az