Rusiya xarici işlər naziri Sergey Lavrov Kubaya səfərində Moskvanın xarici siyasətində Latın Amerikasına əhəmiyyətli dərəcədə diqqətin artırılacağını deyib.
Aktualtv.az xəbər verir ki, Lavrov Rusiya və Latın Amerikası ölkələri arasında ticarət, iqtisadi və investisiya əlaqələrinin Qərbin sanksiyalarının təsirindən uzaqlaşdıracaq həll yollarından biri olduğunu bildirib.
Rusiya-ABŞ arasındakı hazırkı əlaqələrə də münasibət bildirən nazir, diplomatik zərurət istisna olmaqla, hazırda “xüsusi münasibətlərin” olmadığını deyib.
Murad Həsənov / aktualtv.az