Sudan ordusu ilə ölkənin xüsusi təyinatlıları arasında toqquşmalarda bu günə kimi 600-dən çox adam ölüb.
Aktualtv.az xəbər verir ki, bu barədə Sudanın səhiyyə naziri Haysam Məhəmməd İbrahim bildirib. İbrahim əlavə edib ki, Xartumda gedən döyüşlər nəticəsində 125 xəstəxanaya ciddi ziyan dəyib. Hazırda “nazirlik xaricdən yardım almaqda böyük çətinliklərlə üzləşib.
Sudanlı nazir döyüşən tərəfləri xəstəxanalara hücumlara yol verməməyə çağırıb.
Murad Həsənov / aktualtv.az