Zəlzələdən zərərçəkən üçün inşa olunan evlərin təhvil verilmə tarixi AÇIQLANIB – Özəl

“Aprelin 22-də zəlzələdən zərərçəkən vətəndaşlarımız üçün inşa olunan ilk evləri təhvil verəcəyik”.

Aktualtv.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Memar Sinan məscidində qılınan bayram namazından sonra bildirib.

O xatırladıb ki, bu il Ramazan bayramı 11 əyalətdə baş verən təbii fəlakətə görə şadyanalıqla keçirilmir:

“Çünki bayramı öz evində keçirə bilməyən, bayram edə bilməyən qardaşlarımız var. Zəlzələdən sağ çıxan ailələrimizin, ana və atalarımızın əllərindən öpürəm. Bütün Türkiyənin bayramını təbrik edirəm”.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]