“Ərzaq qiymətlərindəki artım davam edəcək” – Özəl

“Fransada ərzaq qiymətlərindəki artım yayın sonuna qədər davam edəcək”.

Aktualtv.az xəbər verir ki, bunu “Le Parisien” qəzetinə müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib. “Açığını deyim: ərzaq qiymətləri ilə bağlı vəziyyət yayın sonuna qədər çətin olacaq. Əsas qərar əmək haqqının artmasıdır”, – deyə o qeyd edib. Fransa lideri qeyd edib ki, əmək haqqının indeksləşdirilməsi işəgötürənlərin əsas rol oynamalı olduğu dialoqun mövzusuna çevrilməlidir.

Qeyd edək ki, “France Info” radiostansiyasının məlumatına görə, ərzaq qiymətləri fevralda 14,8% olduğu halda, mart ayında illik müqayisədə 15,9% artıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]