Bu şəhərlərdə şiddətli döyüşlər gedir – Rusiyadan son sutkada 60 raket zərbəsi – Özəl

Rusiya son sutkada Ukrayna ərazisinə 60 raket zərbəsi endirib. Yaşayış binaları və infrastruktur məhv edilib.

Aktualtv.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumatında qeyd olunub. Bildirilib ki, düşmənin əsas səyləri Baxmut, Avdivka və Marinka istiqamətlərinə yönəlib. Ən şiddətli döyüşlər Baxmut və Marinka şəhərlərində gedir.

Məlumata görə, qarşı tərəf döyüş meydanında tibb işçiləri çatışmazlığından əziyyət çəkir. Həmçinin Ukrayna Müdafiə Qüvvələrinin aviasiyasının son 24 saat ərzində işğalçıların cəmləşdiyi ərazilərə 14 zərbə endirdiyi də açıqlanıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]