Sabiq prezidentə 20 il həbs cəzası – Özəl

Perunun keçmiş prezidenti Alexandro Toledo ABŞ-dan Peruya qayıdıb.

Aktualtv.az “Reuters”ə istinadla xəbər verir ki, o, korrupsiya ittihamı ilə həbs olunan üçüncü dövlət başçısı olacaq. 77 yaşlı Toledo cəzasını keçmiş prezidentlər Alberto Fuximori və Pedro Kastilonun da olduğu paytaxt Limanın kənarındakı polis bazasında çəkəcək. 2001-2006-cı illərdə ölkə prezidenti olmuş A. Toledo ekstradisiya olunmaq üçün təslim olub.

Peru hakimiyyəti Toledonu Braziliyanın “Odebrecht” tikinti şirkətindən magistral yolun tikintisi üçün tenderdə qalib gəlmək müqabilində 35 milyon dollar rüşvət almaqda ittiham edir.

Sabiq dövlət başçısı onu çirkli pulların yuyulmasında və sui-qəsddə ittiham edən prokurorların korrupsiya ittihamlarını rədd edir. Onlar 20 il həbs cəzası istəyiblər.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]