ATƏT-ə üzv olan ölkələrə ÇAĞIRIŞ – “Azərbaycanlı əsgərlər sərbəst buraxılsın” – Özəl

Erməni cəmiyyətinin böyük bir hissəsi Azərbaycan və Türkiyəyə nifrət ruhunda bəslənir. Biz bu nifrəti hər addımda müşahidə edirik.

Aktualtv.az xəbər verir ki, ATƏT-in Vyana toplantısında çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan-Azərbaycan arasında son həftələr müşahidə olunan gərginlik fonunda erməni cəmiyyətində artan nifrət təbliğatından danışıb. Rəsmi İrəvanın əsir olaraq saxladığı və davamlı işgəncələrə məruz qalan iki Azərbaycan əsgərinin məsələsinə də toxunan hüquq müdafiəçisi ATƏT-ə üzv olan ölkələri Ermənistana təzyiq göstərməyə çağırıb:

“Silahsız azərbaycanlı əsgərlər dumanlı hava şəraitində yolu itirərək qarşı tərəfə keçiblər. Həmin azərbaycanlı əsgərləri saxlayan ermənilər onları vəhşicəsinə döyüb, işgəncələr verib və bunu videoya çəkərək sosial şəbəkələrdə yayıblar. Bunu sıravi erməni vətəndaşlar edir ki, bu da erməni cəmiyyətində Azərbaycana dərin nifrətin hökm sürdüyünü göstərir. Təəssüf ki, indiyə kimi heç bir beynəlxalq insan haqları təşkilatı bu məsələ ilə bağlı hər hansı bəyanat yaymayıb. Mən buradakı ATƏT üzvü olan ölkələrin səfirlərindən tələb edirəm ki, Ermənistanın bu qeyri-insanı davranışı barədə rəsmi İrəvana təzyiq edilsin və iki azərbaycanlı əsgər Aqşin Bəbirov və Hüseyn Axundov qeyri-şərtsiz sərbəst buraxılsın.”

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]