BMT bu ərazini tərk etməyəcəyini AÇIQLADI – Özəl

BMT Sudanı tərk etməyəcək.

Aktualtv.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib. Əlavə edib ki, BMT humanitar təşkilatlarla birgə işləyərək Sudan xalqını dəstəkləməyə davam edəcək. O, Təhlükəsizlik Şurasının 15 üzvünü Sudanı mövcud vəziyyətdən xilas etmək üçün maksimum təsir imkanlarını işə salmağa çağırıb:

“Bizim öhdəliyimiz Sudan xalqının dinc və təhlükəsiz gələcək üçün tələblərini dəstəkləməkdir. Biz bu dəhşətli zamanda onların yanındayıq. Bölgədəki humanitar təşkilatlarla işləyərək, biz Sudandakı mövcudluğumuzu yenidən qururuq. Bununla da biz Sudan xalqını dəstəkləməyə davam edəcəyik.”

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]