Bu dəniz dünyanın ən böyük külək elektrostansiyasına çevrilir – Özəl

Belçika beynəlxalq tərəfdaşlarla birlikdə Avropanın energetikasını daha da yaşıllaşdırmaq və daha müstəqil etmək üçün Şimal dənizini ən böyük külək elektrostansiyasına çevirmək niyyətindədir.

Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bunu Ostend limanında Şimal dənizinin 9 dövlət başçılarının sammitinə gələrkən Belçikanın baş naziri Aleksandr De Kroo deyib. O vurğulayıb ki, sammit iştirakçıları Şimal dənizində yeni külək stansiyaları yerləşdirmək və regionda ümumi külək istehsalının həcmini indiki 25 GVt-dan 2050-ci ilə qədər isə 300 GVt-a qədər artırmaq niyyətindədirlər. O, bunun üçün nə qədər investisiya tələb olunduğunu açıqlamayıb.

Qeyd edək ki, Sammitdə Fransa, Almaniya, Belçika, Lüksemburq, Niderland, Danimarka, İrlandiya, Böyük Britaniya və Norveç liderləri, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson iştirak edir.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]