Fransa xarici işlər naziri Azərbaycana gəlir – Özəl

Fransanın xarici işlər naziri Katrin Kolonna Azərbaycana səfər edəcək.

Aktualtv.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, XİN başçısı Kolonna aprelin 26-28-də Azərbaycanda və Ermənistanda səfərdə olacaq. Bu səfərdə diplomat Laçın-Xankəndi yolundakı vəziyyəti müzakirə edəcək. Fransalı diplomat Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. O, həmçinin Şəhidlər Xiyabanını ziyarət edəcək.

Həmçinin nazir İrəvanda da baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. O, Avropa İttifaqının Müşahidə Missiyasının Cermuxdakı qərargahına baş çəkəcək. Aprelin 28-də xanım Kolonna Gürcüstana səfər edəcək. Tiflisdə Gürcüstanın prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə görüşlər nəzərdə tutulur.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]